525.Az

Bəşər Əsəd hökuməti yenilədi - yeni xarici işlər naziri təyin edildi


 

Bəşər Əsəd hökuməti yenilədi - <b style="color:red"> yeni xarici işlər naziri təyin edildi</b>

Suriya prezidenti Bəşər Əsəd hökumətin tərkibini yeniləyib və yeni xarici işlər naziri təyin edib.

525.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Prezident Bəşər Əsəd Məhəmməd Qazi Əl-Cəlalinin rəhbərliyi altında yeni hökumətin formalaşdırılması haqqında fərman imzalayıb”, - deyə Suriya dövlət başçısının ofisindən bildirilib.

Qeyd edək ki, Məhəmməd Qazi əl-Cəlali daha əvvəl Rabitə və Texnologiyalar Nazirliyinə rəhbərlik edib.

Bəşər Əsəd həmçinin daha bir neçə aparıcı nazirliyin rəhbər postunda dəyişiklik edib.

Xüsusilə xarici işlər naziri Feysəl Mikdadın yerinə onun müavini Bəssam Sabbaqın təyinatı maraqla qarşılanıb.

İbrahim Cəfərov

 





23.09.2024    çap et  çap et