525.Az

Estoniya Fin körfəzinin bağlanmasını təklif edir


 

Estoniya Fin körfəzinin bağlanmasını <b style="color:red"> təklif edir</b>

Estoniya hazırda Rusiyadan gələ biləcək təhlükə səbəbindən Fin körfəzinin bağlanması ilə bağlı fəaliyyət planı hazırlayır.

525.az “Postimees”ə istinadən xəbər verir ki, bu barədə Estoniyanın Müdafiə Qüvvələrinin komandanı Andrus Merilo bildirib. Onun sözlərinə görə, körfəzin bağlanması strateji təhlükəsizlik vəziyyətindən asılıdır.

Nəşr yazır ki, texniki cəhətdən Fin körfəzinin qapadılması mümkündür. Lakin bu addım istər iqtisadi, istərsə də ekoloji baxımdan ciddi fəsadlara yola aça bilər.

Xatırladaq ki, daha əvvəl Baş Qərargah rəisi Vahur Karus NATO-tərəfindən Estoniyanın Rusiya ilə silahlı münaqişəyə hazırlaşmaq vəzifəsi barədə danışıb.  O, Estoniya ərazisində yerləşən NATO qüvvələrinin Rusiya ilə münaqişədə dərhal iştirakına ümid etdiyini bildirib.

İbrahim Cəfərov

 





23.09.2024    çap et  çap et