525.Az

Hərbi ekspert ABŞ-ın yeni raketindən danışıb


 

Hərbi ekspert ABŞ-ın yeni raketindən danışıb<b style="color:red"></b>

2025-ci ildə sınaqdan keçirilməsi planlaşdırılan AGM-158 JASSM XR raketi çox güclü döyüş başlığına malikdir.

525.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, istefada olan polkovnik Viktor Baranets raketin xüsusiyyətlərindən danışarkən deyib.

“Çəkisi 450 kq-dır, ən əsası odur ki, 960 km məsafəyə uçur. Bu, artıq 270 və 300 km deyil, demək olar ki, 1000 km-dir”, - ekspert vurğulayıb.

Baranets onu da deyib ki, işəsalma qurğusu həm quruda, həm də gəmidə quraşdırıla bilər.

Daha əvvəl bildirilib ki, Lockheed Martin 2025-ci ildə yeni dəniz əsaslı raketi sınaqdan keçirəcək. O da məlum olub ki, Pentaqon Lockheed Martin şirkəti ilə GMLRS raketlərinin istehsalı üzrə 3,4 milyard dollarlıq müqavilə imzalayıb.

Pərvanə Sultanova

 





23.09.2024    çap et  çap et