525.Az

Daha bir ölkə BRICS-ə üzv olmaq istəyir


 

Daha bir ölkə BRICS-ə üzv olmaq istəyir<b style="color:red"></b>

Burkina-Faso BRICS-ə üzv olmaq istəyir.

525.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kelem de Tambela bildirib.

Burkina-Fasonun Baş naziri dünən Rusiyanın bu ölkədəki səfiri İqor Martinovla ilə görüşündə bu barədə deyib.

Kelem de Tambela ölkəsinin dollar və avronun hökmranlığına qarşı mübarizəyə qoşulmaq və daha ​​ədalətli beynəlxalq ticarətə nail olmaq istədiyini vurğulayıb.

Xatırladaq ki, BRICS (BRİKS) 2006-cı ildə yaradılıb, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma hökumətləri 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.

Son zamanlar Azərbaycan, Türkiyə və Nigeriya da təşkilata qoşulmaq istəklərini bəyan ediblər.

İbrahim Cəfərov

 





24.09.2024    çap et  çap et