Amerikalı sahibkar İlon Mask məhkəmədə tviter (hazırkı adı “X”) sosial şəbəkəsinin keçmiş əməkdaşına uduzub.
525.az “Bloomberg”ə istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs Maskdan 2022-ci ildə şirkətdə kütləvi ixtisarlardan sonra ona təzminat ödənilməsini istəyirdi.
Məhkəmənin qərarına əsasən, şikayətçi şəxs tam işdən çıxma paketi üzrə təzminat alacaq.
Vəkil Şennon Liss-Riordan bildirib ki, məhkəmənin qərarı oxşar şikayətlərlə bağlı hallarda yekun qərara təsir göstərə bilər. Belə ki, hazırda təzminatla bağlı daha 15 iş arbitraj dinləməsindən keçib.
Xatırladaq ki, 2022-ci ilin oktyabrında Mask 44 milyard dollara tviterin səhmlərinə sahib çıxıb. Alışdan sonra o, şirkətdə kütləvi şəkildə ixtisar aparıb. Buna qədər 7,5 min əməkdaşı olan sosial şəbəkədə işçi sayı 2 minə endirilib. 2023-cü ildə isə şirkətin adı “X”a dəyişdirilib.
İbrahim Cəfərov
çap et