525.Az

"Qarabağ" Londona gedir


 

"Qarabağ" Londona gedir <b style="color:red"></b>

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin ilk turunda "Tottenhem"lə keçiriləcək oyun üçün İngiltərəyə yollanır.

QOL.az xəbər verir ki, komandanı çarter reysi ilə Londona aparacaq təyyarə saat 17:00-da havaya qalxacaq.

Sabah Bakı vaxtı ilə saat 21:30-da Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq.

"Tottenhem" - "Qarabağ" matçı sentyabrın 26-da Londondakı "Tottenhem Hotspur" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 





24.09.2024    çap et  çap et