525.Az

UEFA ÇL-in ev sahibliyini "San Siro"dan aldı


 

UEFA ÇL-in ev sahibliyini "San Siro"dan aldı<b style="color:red"></b>

UEFA  2026/2027-ci il mövsümünün Çempionlar Liqasının finalını Milandakı "San Siro" stadionundan keçirməkdən imtina edib.

525.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib: 

“Milan Bələdiyyəsi şəhərdəki yenidənqurma işlərinin "San Siro" stadionuna və onun ətrafına təsir etməyəcəyinə zəmanət verə bilmədiyi üçün 2026/2027 Çempionlar Liqasının finalı üçün tender prosesinin yenidən açılması qərarı bu gün qəbul edilib.

Yeni stadionla bağlı qərarın 2025-ci ilin may-iyun aylarında veriləcəyi gözlənilir”.

 





24.09.2024    çap et  çap et