525.Az

Braziliya "X"a 5 gün verib


 

Braziliya "X"a 5 gün verib<b style="color:red"></b>

Braziliya Ali Məhkəməsi ölkədə girişi bloklanan sosial media platforması "X"dan 5 gün ərzində təyin etməyə razılaşdığı qanuni nümayəndə üçün lazımi sənədləri təqdim etməsini istəyib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya Ali Məhkəməsinin hakimi Alexandre de Moraes məsələ ilə bağlı açıqlama verib.

Bəyanatda "X"ın vəkil Rachel de Oliveira Villa Nova Conceiçaonu ölkədəki qanuni nümayəndəsi təyin etdiyi, "X"dan isə 5 gün ərzində nümayəndəsi üçün lazımi sənədləri təqdim etməsi istənilib.

Qeyd edək ki, sentyabrın 20-də Braziliya mətbuatında çıxan xəbərdə "X"ın ölkəyə nümayəndə təyin etməyə razılıq verdiyi bildirilirib.

Malik Atilay 

 





23.09.2024    çap et  çap et