525.Az

Şri-Lankada komendant saatı elan edilib


 

Şri-Lankada komendant saatı elan edilib<b style="color:red"></b>

Prezident seçkiləri üçün səsvermənin yekunlaşdığı Şri-Lankada polis yerli vaxtla səhər saat 06:00-a qədər komendant saatı elan edib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, qərargahı Şri-Lankanın paytaxtı Kolomboda yerləşən “Newswire” saytının xəbərinə görə, seçici sayının 17 milyonu keçdiyi ölkədə səsvermə prosesi insidentsiz başa çatıb.

Əhalinin təhlükəsizliyi üçün polis axşam saat 22:00-dan sabah səhər saat 06:00-a qədər komendant saatı elan edib.

Seçkilər 2022-ci ildə baş verən ağır iqtisadi böhrandan sonra ilk prezident seçkiləri olub.

Ölkədə hökumət əleyhinə etirazların baş verdiyi 2022-ci ildən bəri ilk seçkidə 40 namizəd mübarizə aparıb. 

Malik Atilay 

 





23.09.2024    çap et  çap et