525.Az

Fransada Makron əleyhinə nümayişlər keçirilib


 

Fransada Makron əleyhinə nümayişlər keçirilib<b style="color:red"></b>

Fransada minlərlə insan ümumi seçkilərdə qalib gələn sol ittifaqın ümumi baş nazir namizədini təyin etməyən prezident Emmanuel Makronun istefaya göndərilməsi tələbi ilə nümayiş keçirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Parisdən başqa Lion və Marseldə də minlərlə insan Makron hökumətinə etiraz etmək üçün küçələrə çıxıb.

Nümayişçilər Makronun ümumi seçkilərdə qalib gələn solçu və ekoloji ittifaqın Yeni Xalq Cəbhəsinin (NFP) birgə baş nazir namizədi Lucie Castets əvəzinə hökuməti qurmaq üçün sağ mərkəzçi Mişel Barnieri təyin etməsinə reaksiya veriblər.

Onlar Makronu seçkilərin nəticələrinə məhəl qoymamaqda günahlandıraraq, ölkəni 2027-ci ilə qədər idarə edəcək prezidentin vəzifəsindən uzaqlaşdırılmasını tələb ediblər.

Qeyd edək ki, nümayişçilər minimum əmək haqqının 1600 avroya qədər artırılmasını və pensiya yaşının 60-a endirilməsini də tələb ediblər.

Malik Atilay 

 





23.09.2024    çap et  çap et