525.Az

Yaponiyada daşqın təhlükəsi: 50 min nəfər üçün təxliyə əmri verilib


 

Yaponiyada daşqın təhlükəsi: <b style="color:red">50 min nəfər üçün təxliyə əmri verilib </b>

Yaponiyada meteoroloqlar şiddətli yağışın daşqınlara səbəb olacağını proqnozlaşdırdıqları üçün dörd şəhərdə təxminən 50 min insan üçün kütləvi təxliyə əmri verilib.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi (JMA) bəzi ərazilər üçün güclü yağışla bağlı "ən yüksək səviyyəli fövqəladə vəziyyət" xəbərdarlığı edib.

BBC-nin məlumatına görə, ölkənin ortasındakı 4 şəhərdə gözlənilən daşqınların insan həyatına ciddi təsir edəcəyi ilə bağlı proqnozlar qərar verənləri ehtiyat tədbirləri görməyə sövq edib.

Meteoroloqların böyük daşqın gözlədiyi Noto yarımadasındakı Vacima şəhərində təxminən 18 min, Suzuda isə 12 min insanın təxliyəsi qərara alınıb.

Malik Atilay 

 





24.09.2024    çap et  çap et