525.Az

Bayden 40 yaşında göründüyünü deyib


 

Bayden 40 yaşında göründüyünü deyib<b style="color:red"></b>

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında çıxışı zamanı ABŞ prezidenti Co Bayden 40 yaşında göründüyünə dair zarafat edib.

525.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Bu, mənim BMT Baş Assambleyasında son çıxışım olacaq. Mən tarixin əlamətdar bir dövrünü gördüm. Mən ilk dəfə 1972-ci ildə Senata seçildim. Bilirəm, 40 yaşım var, mən bunu bilirəm”, – deyə 81 yaşlı Amerika prezidenti bildirib.

Bayden BMT Baş Assambleyasında ABŞ prezidenti kimi son çıxışını əməkdaşlığa çağırışla bitirib. Sentyabrın 10-da Nyu-Yorkda Birləşmiş Millətlər

Təşkilatı Baş Assambleyasının 79-cu sessiyası işə başlayıb. Sessiya sentyabrın 30-dək davam edəcək.

Pərvanə Sultanova 

 





24.09.2024    çap et  çap et