525.Az

Kanadada məscidə bıçaqlı hücum - 3 nəfər yaralanıb


 

Kanadada məscidə bıçaqlı hücum - <b style="color:red">3 nəfər yaralanıb</b>

Kanadanın Monreal şəhərində məsciddə cinayətkarı zərərsizləşdirməyə çalışan 3 nəfər bıçaqla yaralanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, polis rəsmiləri 24 yaşlı şübhəlinin hadisə yerində saxlanıldığını bildiriblər. Dindirilən şübhəlinin bu gün hakim qarşısına çıxacağı gözlənilir.

Regional polis sözçüsü cümə namazı zamanı baş verən hücumda yaralananlardan birinin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Qeyd olunub ki, yaralananların hər üçü cinayətkarı yaxalayarkən yüngül bıçaq xəsarətləri alıb və polis gələnə qədər məscid camaatı cinayətkarı nəzarətdə saxlayıb. Kanadanın ən böyük müsəlman insan haqları təşkilatı olan Kanada Müsəlmanları Milli Şurası (NCCM) sosial media platforması "X" üzərindən verdiyi açıqlamada, məsələdən xəbərdar olduqlarını və daha ətraflı açıqlama veriləcəyini bildirib.

Malik Atilay 

 





24.09.2024    çap et  çap et