525.Az

80 minlik arena partladıldı


 

80 minlik arena partladıldı<b style="color:red"></b>

Malayziyada dünyanın ən böyük stadionlarından biri dağıdılıb.

QOL.az xəbər verir ki, bununla bağlı sosial şəbəkə hesablarında videolar yayılıb.

"Şah Aləm" adlı bu stadion 2024-cü ilin iyulundan sökülməyə başlayıb. Arenanın əsas strukturu isə partlayıcı maddələrin köməyi ilə dağıdılıb. Söküntü prosesinin 2025-ci ilin ortalarına tam başa çatacağı gözlənilir.

Qeyd edək ki, 30 il əvvəl, 1994-cü ildə açılışı olmuş stadionun 80 mindən çox tamaşaçı tutumu olub. Bir neçə il əvvəl arenanın qəzalı vəziyyətdə olması üzə çıxıb. 2020-ci ildə yenidənqurma cəhdlərinə baxmayaraq, problemi aradan qaldırmaq mümkün olmayıb.

"Şah Aləm" stadionunda "Selanqor" klubu və Malayziya millisi ev oyunları keçirib. Bundan əlavə, orada konsertlər də təşkil edilib.

 





25.09.2024    çap et  çap et