Özbəkistanda 13 yaşlı qızını evə dəyişmək istəyən qadın həbs olunub.
525.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı qadın Qaşqadaryo vilayətindən Səmərqəndə övladını satmaq üçün gəlib.
Restoranların birində əvvəllər tanımadığı şəxs ona qızının müqabilində 25 min dollar dəyəri olan ev təklif edib. Qadın evi olmadığı üçün təkliflə razılaşıb.
"İnsan alveri" maddəsi ilə ittiham olunan qadın 5 il 2 aylıq həbs cəzası alıb. Qızı isə dövlətin nəzarətinə götürülüb.
L.Tağıyeva
çap et