ABŞ-də aparılan sorğu göstərir ki, noyabrın 5-də keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harris Respublikaçılar Partiyasının namizədi Donald Trampı cüzi fərqlə qabaqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, "CBS News" və "YouGov"un ABŞ-də 18-20 sentyabr tarixləri arasında keçirdiyi sorğuda 3 min 129 qeydiyyatda olan seçicidən noyabrın 5-də keçiriləcək prezident seçkiləri ilə bağlı fikirləri soruşulub.
Sorğunun nəticələri Harrisin 52 faizə çatdığını və 48 faiz dəstək alan Trampı 4 bal qabaqladığını göstərib.
Məlum olub ki, namizədin şəxsi xüsusiyyətlərinə üstünlük verən seçicilər Harrisə səs verib, Trampı dəstəkləyənlər isə namizədin siyasətinə diqqət yetiriblər.
Qeyd edək ki, respondentlərin 83 faizi ABŞ siyasətində mədəniyyətin tonunun və səviyyəsinin pisləşdiyini, 71 faizi isə demokratiyanın təhlükə altında olduğunu düşünür.
Malik Atilay
çap et