525.Az

ABŞ-nin nüvə sualtı qayığı Cənubi Koreyada dayanıb


 

ABŞ-nin nüvə sualtı qayığı Cənubi Koreyada dayanıb<b style="color:red"></b>

Şimali Koreya ilə sərhədyanı gərginliyin davam etdiyi bir vaxtda ABŞ-nin nüvə sualtı qayığı Cənubi Koreyada dayanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Koreya Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada, ABŞ-nin Virciniya sinifli nüvə sualtı qayığı "USS Vermont"un (SSN-792) təchizatını artırmaq üçün paytaxt Seuldan 320 kilometr cənub-şərqdə yerləşən Busan şəhərinə çatdığı bildirilib.

Açıqlamada Cənubi Koreyada ilk liman səfərini edən 7800 tonluq USS Vermont (SSN-792) gəmisinin Busana çatmadan əvvəl bölgədə əməliyyatlar həyata keçirdiyi vurğulanıb.

Cənubi Koreya və ABŞ hərbçiləri arasında artan əlaqə Şimali Koreyanın raket atışlarını bərpa etdiyi Koreya yarımadasında davam edən gərginlik fonunda baş verib.

Şimali Koreya sentyabrın 19-da taktiki ballistik raketin və təkmilləşdirilmiş strateji raketin "4,5 tonluq sinifli super iri döyüş başlığı daşıya bilən" sınaq atışlarının uğurla həyata keçirildiyini açıqlayıb.

Cənubi Koreyanın keçmiş prezidenti Mun Jae-in sentyabrın 20-də verdiyi bəyanatda Koreya yarımadasının 1950-ci illərdəki Koreyalararası müharibədən bəri “ən təhlükəli vəziyyətdə” olduğu barədə xəbərdarlıq edib və Şimal və Cənubu dialoqa çağırıb.

Malik Atilay 

 





25.09.2024    çap et  çap et