525.Az

Qəzzada ölən fələstinlilərin sayı 41 mini ötüb


 

Qəzzada ölən fələstinlilərin sayı 41 mini ötüb<b style="color:red"></b>

İsrailin endirdiyi zərbələr nəticəsində Qəzzada həlak olan fələstinlilərin sayı 41 min 495 nəfərə çatıb.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Ümumilikdə 96 mindən çox insan zərər çəkib.

Yalnız son sutkada 28 nəfər ölüb, 85 nəfər yaralanıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

 





25.09.2024    çap et  çap et