PSJ-nin sabiq futbolçusu Serxio Riko karyerasını Qətərdə davam etdirəcək.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. O, "Əl-Qarafa"ya keçəcək.
Tərəflər yaxın vaxtlarda müqavilə bağlayacaqlar. 31 yaşlı qolkiper Qətər klubuna azad agent kimi keçəcək.
Qeyd edək ki, Riko 2023-cü ilin may ayında atdan yıxılıb və ciddi kəllə-beyin travması alıb. O, 82 gün xəstəxanada qalıb. Riko daha sonra PSJ-dən ayrılıb.
çap et