525.Az

Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 9-a yüksəlib


 

Yaponiyada güclü yağışlar nəticəsində ölənlərin sayı 9-a yüksəlib<b style="color:red"></b>

Yaponiyanın qərbindəki İşikava əyalətinin Noto və Suzu bölgələrinə yağan güclü yağışlar nəticəsində həyatını itirənlərin sayının 9-a yüksəldiyi açıqlanıb.

525.az Yaponiyanın dövlət televiziyası NHK-yə istinadən xəbər verir ki, Noto və Suzu bölgələrində güclü yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələrində ölənlərin sayı artıb.

Səlahiyyətlilər təbii fəlakətlərdə 9 nəfərin həyatını itirdiyini, 8 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

Ləman İlkin

 





25.09.2024    çap et  çap et