525.Az

"Kəpəz"in futbolçusunun son durumu bilindi


 

"Kəpəz"in futbolçusunun son durumu bilindi<b style="color:red"></b>

Misli Premyer Liqasının 7-ci turunda "Şamaxı" (0:2) ilə keçirilən matçda zədələnən "Kəpəz"in futbolçusu Elmir Tağıyevin son durumu müəyyənləşib.

525.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, MRT müayinəsindən sonra yarımmüdafiəçinin qasıq nahiyyəsində əzələ yırtığı aşkarlanıb.

Futbolçuya 3 həftəlik müalicə prosesi təyin olunub.

 





25.09.2024    çap et  çap et