Polşada ABŞ-la birgə Aviasiya Dəstəsinin Rotasiyası təlimləri keçirirlib. Təlim zamanı Hercules hərbi nəqliyyat təyyarəsinin istifadəsi sınağı baş tutub.
525.az xəbər verir ki, bu barədə respublikanın Baş komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.
“33-cü nəqliyyat aviasiya briqadasında Polşa-Amerika Aviasiya Dəstəsinin Rotasiyası 24-4 təlimi keçirilib. Təlimdə Polşa briqadasından 80 hərbçi və iki C-130E Hercules təyyarəsi, həmçinin 37-ci eskadrondan 150 Amerika hərbçisi və üç C-130J Hercules təyyarəsi iştirak edib”, - açıqlamada bildirilir.
Polşada hər il keçirilən bu təlim zamanı hərbi qulluqçular havaya qalxma və enmə məşqləri həyata keçiriblər.
Pərvanə Sultanova
çap et