525.Az

Dörd ölkə qadınlara qarşı ayrı-seçkiliyə görə “Taliban”ı məhkəməyə verəcək


 

Dörd ölkə qadınlara qarşı ayrı-seçkiliyə görə “Taliban”ı məhkəməyə verəcək<b style="color:red"></b>

Almaniya, Avstraliya, Niderland və Kanada Əfqanıstanda qadınlara qarşı ayrı-seçkiliyə görə “Taliban”ı Beynəlxalq Ədalət Məhkəməsinə verəcək.

525.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Bildirilir ki, Almaniya, Avstraliya, Niderland və Kanadanın baş nazirləri BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində görüş zamanı bildiriblər ki, “Taliban” BMT-nin qadın hüquqlarına dair müqaviləsini pozaraq, Əfqanıstanda xüsusilə qadınlara və qızlara qarşı gender ayrı-seçkiliyi törədir. Bu isə yol verilməz haldır.

Xatırladaq ki, “Taliban” hakimiyyətə gəldikdən sonra qadınların ictimai yerlərdə üzləri açıq, eləcə də istirahət yerlərində, bağlarda və parklarda müşayiətsiz görünməsinə qadağa qoyub.

İbrahim Cəfərov

 





26.09.2024    çap et  çap et