Çin Müdafiə Nazirliyinin sözçüsü Çjan Syaoqan ABŞ-nin ünvanına sərt fikirlər səsləndirib.
525.az xarici KİV-ə istinadən verdiyi məlumata görə, o bildirib ki, ABŞ dünya sülhü üçün ən böyük təhlükədir.
“Hamıya məlumdur ki, ABŞ dünya üçün ən böyük təhlükə, müharibə və münaqişələrin mənbəyidir. “Çin kartı” oynamaq ABŞ-nin öz problemlərini həll edə bilməz”, - deyə Çjan Syaoqan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ Çini “düzgün” qəbul etməli və iki ölkə arasında münasibətləri qoruyacaq, həmçinin dünyada sülh və sabitliyin möhkəmlənməsinə gətirib çıxaracaq işləri görməlidir.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Co Bayden bildirib ki, Pekin Cənubi Çin dənizində aqressiv davranmağa davam edir.
İbrahim Cəfərov
çap et