525.Az

İsrailin Livanın şərqinə hava hücumları nəticəsində 23 nəfər ölüb


 

İsrailin Livanın şərqinə hava hücumları nəticəsində 23 nəfər ölüb<b style="color:red"></b>

İsrailin Livanın şərqinə hava hücumu nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

525.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, ölənlər Yunin kəndindəki evlərdən birinin zirzəmisində yaşayan suriyalı qaçqınlardır.

Qeyd edilib ki, ölənlərin əksəriyyəti qadın və uşaqlardır. Məlumata görə, beş livanlı da yaralanıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

Bundan əlavə, qonşu Şaat qəsəbəsində partlayışdan sonra uçan binaların dağıntıları altından 4 nəfərin meyiti tapılıb, daha 9 yaralı xəstəxanaya çatdırılıb.

 





26.09.2024    çap et  çap et