Dünyanın əksər dövlətləri Ukrayna münaqişəsinə qarışmaq istəmirlər, çünki onun gərginləşməsindən qorxurlar.
525.az xəbər verir ki, bu barədə hərbi ekspert, politoloq Vadim Minqalev BMT-yə üzv olan 193 ölkədən yalnız 30-nun Ukrayna ilə bağlı “Böyük yeddilik”(G7) bəyannaməsini dəstəkləməsi xəbərini şərh edərkən deyib. Bu sənədə G7-nin Ukrayna ilə bağlı bəyan etdiyi bütün vədlər daxildir. Onu imzalayan ölkələrdən Kiyevə 50 milyard dollar kreditin verilməsi üzərində işləməyə davam etmələri tələb olunacaq.
“Bu, Kiyevdən gələn yorğunluqdur – artıq hamı hər şeyi başa düşür, artıq bunu gizlətmək mümkün deyil”, - politoloq əlavə edib.
Onun sözlərinə görə, may ayında səlahiyyət müddəti başa çatan Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəni qorumaqla bağlı bəyanatlarına dünya əksəriyyəti inanmır, çünki o, münaqişəni gərginləşdirmək istəyindən və Rusiya Federasiyasına hücumlardan açıq danışır. Onun sözlərinə görə, ABŞ və onun əlaltıları Kiyevə yardım göstərməkdə davam edir, çünki onlar özləri də münaqişə tərəfidir. Yeni yardım paketləri və Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmək icazəsi Moskvaya təzyiq göstərmək və onu Rusiya üçün qəbuledilməz şərtlərlə danışıqlara məcbur etmək cəhdləridir.
Pərvanə Sultanova
çap et