525.Az

Rusiyada helikopter qəzası, deputat və biznesmen həlak oldu 


 

Rusiyada helikopter qəzası, deputat və biznesmen həlak oldu <b style="color:red"></b>

Bu gün günorta Arxangelsk vilayətində helikopter qəzası baş verib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Robinson R44" markalı şəxsi helikopter yerli vaxtla 16.00-16.30 aralığında radarlardan itib.

Sonuncu dəfə Primorsk dairəsinin Bıçye və Karandaşevskaya yaşayış məntəqələri arasında "xəttə olan" helikopterin düşdüyü yer artıq müəyyənləşib. Bu, adıçəkilən yerdə bataqlıq ərazidir.

Helikopterdə 2 nəfər - Arxangelsk şəhər Dumasının deputatı Sergey Smetanin və yerli biznesmen Aleksey Semenov olub. Onların heç birinin helikopter idarə etməsi üçün müvafiq icazəsi yox imiş.

Yeri gəlmişkən, qəzaya düşən helikopter Dumanın digər deputatı Pyotr Vatutinə məxsus imiş.

L.Tağıyeva

 





26.09.2024    çap et  çap et