BMT Baş Assambleyasının 79-cu iclasında çıxış edən baş katib Quterreş: "Livan, İsrail və dünya xalqları Livanın yeni Qəzzaya çevrilməsinə imkan verə bilməz", - deyib.
525.az xarici mediaya əsasən xəbər verir ki, Quterreş BMT Baş Assambleyasının 79-cu sessiyasının açılış nitqi ilə çıxış edib.
Dünyanın bir "tornado"dan və çox əhəmiyyətli bir dəyişiklikdən keçdiyinə diqqət çəkən Quterreş, qarşılaşılan problemlərin misilsiz olduğunu və qlobal həll yollarına ehtiyac olduğunu bildirib.
Quterreş bəyan edib ki, bu ehtiyaca baxmayaraq, geosiyasi parçalanmalar dərinləşməkdə davam edir.
Malik Atilay
çap et