525.Az

Useyn Bolt futbol yığmasına çağrılacaq


 

Useyn Bolt futbol yığmasına çağrılacaq<b style="color:red"></b> Yamayka millisinin baş məşqçisi altı qat olimpiya çempionu sprinter Useyn Boltu yığmaya cəlb etmək istəyir.
 
Lent.az-ın spornet.az-a istinadən  məlumatına görə, Vinfrid Şefer atleti komandasında görmək istəyir.

Almaniyalı mütəxəssis fikirini belə izah edib: "Bolt yamaykalıdı və mən onu komandamda görmək istərdim.

Bu barədə onun özündən xahiş edəcəm. Ümid edirəm o ölkəsi üçün oynamağa razılıq verəcək. Bu bizim ümumi məqsədimizdir”.

Şeferin sözlərinə görə, Boltun milliyə dəvət edilməsi futbol üzrə 2016-cı il Olimpiya oyunlarından sonraya planlaşdırılır.

Qeyd edək ki, Useyn Bolt 6 qat olimpiya çempionu, 8 qat dünya çempionudur. O 100 və 200 metr məsafələrdə dünya rekorduna sahibdir
 





01.11.2014    çap et  çap et