525.Az

"TikTok" Rusiya mediasına məxsus bəzi hesabları bağlayıb


 

"TikTok" Rusiya mediasına məxsus bəzi hesabları bağlayıb<b style="color:red"></b>

ABŞ-də təxminən 170 milyon istifadəçisi olan sosial media platforması "TikTok" Rusiyanın RT və "Sputnik" media qurumlarının ABŞ prezident seçkiləri ilə bağlı "seçiciləri aldadıcı paylaşımları"na görə hesablarını həmişəlik bağladığını açıqlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin “ByteDance” şirkətinin əsas tərəfdaşı olduğu “TikTok” öz saytında Rusiyanın dövlət televiziyası RT və Rusiyanın “Sputnik” xəbər agentliyinin ana şirkətləri olan “TV-Novosti” və “Rossiya Seqodnya”nın hesablarını həmişəlik bağladığını elan edib.

Bəyanatda Rusiya media qurumlarının “seçiciləri aldadıcı məlumatlar yaydığı”, “örtülü təsir əməliyyatları” adlandırdığı, “siyasi təbliğatı qadağan edən siyasəti pozduğu” bildirilib.

Bu hesablar Avropa İttifaqı (Aİ) və Böyük Britaniyada da məhdudlaşdırılıb.

"Sputnik" isə "X" sosial media hesabında verdiyi açıqlamada "TikTok"dakı 86 min abunəçisinin "ən aktual geosiyasi məsələlərlə bağlı faktları öyrənə bilməyəcəyini" bildirib.

Malik Atilay 

 





26.09.2024    çap et  çap et