525.Az

Hindistanda leysan yağışlar fəlakətə səbəb olub


 

Hindistanda leysan yağışlar fəlakətə səbəb olub<b style="color:red"></b>

Hindistanda leysan yağışlar bəzi bölgələrdə ciddi fəsadlar törədib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 milyon əhalisi olan Mumbay şəhəri daha çox ziyan görüb.

Şəhərin bəzi küçələrini su basıb, nəqliyyatın, əsasən də qatarların hərəkəti iflic olub. Onlarla qatar və təyyarə reysi ləğv edilib. Şəhərə yağan gündəlik 250 mm yağıntı 2020-ci ilin sentyabrından bıri rekord göstəricidir.

Şəhər rəhbərliyi 26 sentyabrı istirahət günü elan edib və əhalini imkan daxilində evlərində qalmağa çağırıb.

Qeyd edək ki, leysan yağışlar insan tələfatına da səbəb olub. Azı 5 nəfər həyatını itirib.

L.Tağıyeva

 





26.09.2024    çap et  çap et