525.Az

Çin Ukraynaya növbəti humanitar yardım göndərməyə hazırdır


 

Çin Ukraynaya növbəti humanitar yardım göndərməyə hazırdır<b style="color:red"></b>

Çin Ukraynaya növbəti humanitar yardım göndərməyə hazırdır. Bu barədə Çinin xarici işlər naziri Van İ yerli mətbuata bildirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir Çin hökümətinin Rusiya-Ukrayna münaqişəsində həmişə doğru mövqe tutmağa çalışdığını da söyləyib.

"Çin Ukraynada humanitar vəziyyəti daim diqqətdə saxlayır. İndiyə kimi Ukraynaya 4 dəfə humanitar yardım göndərmişik. Növbəti dəfə yardım etməyə hazırıq. Ümid edirik ki, Ukrayna höküməti əvvəl olduğu kimi orada yaşayan Çin vətəndaşlarının və fəaliyyət göstərən şirkətlərin təhlükəsizliyinin qeydinə qalacaq" - deyə, Van İ bildirib.

L.Tağıyeva

 





26.09.2024    çap et  çap et