525.Az

Yağış 2 min yaşı olan xəzinəni üzə çıxardı


 

Yağış 2 min yaşı olan xəzinəni üzə çıxardı<b style="color:red"></b>

İtaliyanın Siciliya adası yaxınlığında güclü yağışdan sonra gümüş sikkələrdən ibarət xəzinə aşkarlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, arxeoloqlar əvvəlcə Pantellariya adasında yerləşən San-Marko və Santa-Tereza akropollarının ətrafında 27 gümüş sikkə tapıblar. Sikkələr yağış sularının torpağı yumasından sonra üzə çıxıb.

Həmin yerdə qazıntı aparan arxeoloqlar az sonra böyük xəzinə aşkarlayıblar.

Gümüş pullar e.ə 94-74-cü illər aralığında Roma İmperiyası dövründə döyülüb. 

Böyük ehtimalla xəzinə burada dəniz quldurlarından qorumaq üçün 2 min il əvvəl gizlədilib.

Qeyd edək ki, xəzinənin qiyməti və sikkələrin sayı ilə bağlı dolğun məlumat yoxdur.

L.Tağıyeva

 





26.09.2024    çap et  çap et