525.Az

ABŞ-də məhkəmə binasında partlayış - 2 nəfər xəsarət alıb


 

ABŞ-də məhkəmə binasında partlayış - <b style="color:red">2 nəfər xəsarət alıb</b>

ABŞ-nin Kaliforniya ştatında Santa Maria Məhkəmə binasında baş verən partlayış nəticəsində 2 nəfər yaralanıb, hadisəyə kustar üsulla hazırlanmış partlayıcının səbəb olduğu bildirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Santa Barbara Şerif Ofisi, partlayışla əlaqədar bir nəfərin nəzarətə alındığını bildirərək:, "Partlayışa qəsdən yerləşdirilmiş əldəqayırma partlayıcı qurğu səbəb olub", - deyib.

Kaliforniya qubernatoru Gavin Newsom açıqlamasında hadisəni yaxından izlədiklərini və hüquq-mühafizə orqanları ilə koordinasiyada olduqlarını bildirib.

Şahidlərin sözlərinə görə, partlayış bir nəfərin məhkəmə binasına girərək bel çantasını atmasından sonra baş verib.

Malik Atilay 

 





26.09.2024    çap et  çap et