Dünya șöhrətli irlandiyalı yazar Con Boyn 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonagı olacaq.
525.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Con Boynun 3 oktyabr 2024-cü il tarixində saat 11:00-da “Füzuli” təqdimat zonasında oxucularla görüşü və imza saatı olacaq. Con Boyn dünyanın 46 dilinə tərcümə olunan 25 kitab müəllifidir. Yazıçının ən məșhur əsəri “Zolaqlı pijamalı oğlan” romanıdır.
Qeyd edək ki, 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2-8 oktyabr 2024-cü il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək. Sərgi dahi Azərbaycan șairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunub. Ziyarətçilərin “Elmlər akademiyas”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə ödənişsiz gediş-gəlişi təmin ediləcəkdir. Sərginin iş vaxtr: 10:00-dan 20:00-dəkdir. Sərgiyə giriş ödənişsizdir.

Ləman İlkin
çap et