525.Az

“Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimatı olub


 

“Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” kitabının təqdimatı olub<b style="color:red"></b>

Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 25-də Qazaxıstan Respublikasının Milli Akademik KitabxanasInda Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” (qazax dilində) kitabının təqdimatı keçirilib.

525.az Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Məhəmməd Füzulinin “Bəngü-Badə” əsərinin əlyazmasının surətini, Xalq yazıçısı Elmira Axundova isə müəllifi olduğu kitablardan bir neçə nüsxə Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasına hədiyyə ediblər.

Qeyd edək ki, kitabda xalqımızın tarixində müstəsna yeri olan iki parlaq şəxsiyyətin – Zərifə və Heydər Əliyevlərin boya-başa çatdıqları ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətindən söhbət açılır.

Ləman İlkin
 

 





25.09.2024    çap et  çap et