İsrail şimal bölgələrdəki sakinlərini evlərinə qaytarmaq məqsədinə çatana qədər İsrail ordusu “Hizbullah”a qarşı ağır zərbələr endirməyə davam edəcək.
525.az APA-a istinadən xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı deyib.
“Bizim siyasətimiz aydındır. Biz “Hizbullah”a qarşı güclü zərbələr endirməyə davam edirik və bütün məqsədlərimizə, ilk növbədə İsrailin şimalındakı sakinlərin sağ-salamat geri qayıtmasına nail olana qədər dayanmayacağıq. Mən İsrailin mövqeyini dünya ictimaiyyətinə çatdırmaq üçün Qəzza zolağında radikallar tərəfindən saxlanılan və bir an belə unutmadığım girovların ailələri ilə birlikdə BMT-yə mühüm səfərdəyəm”, - deyə Netanyahu bildirib.
çap et