525.Az

Bakının mərkəzində "NARKOSTOP" fləşmobu - Video


 

Bakının mərkəzində "NARKOSTOP" fləşmobu - <b style="color:red">Video</b>

Dünən Gənclərin III Ümumrespublika Teatr Festivalı Bakıda maraqlı fləşmob keçirib.
 
Lent.az-ın məlumatına görə, Sahil bağında keçirlən fləşmobda gənclər narkotik asılılığa, qanunsuz psixotrop dərmanlara yox deyib. Azərbaycan Dövlət Dram Teatrının yaradıcılıq studiyasında hazırlanmış “NARKOSTOP” fləşmobun video görüntülərini təqdim edirik.

Qeyd edək ki, Gənclərin III Ümumrespublika Teatr Festivalı bu gündən start götürüb. 3 ay davam edəcək festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır.

Gənclər və İdman, eləcə də Mədəniyyət və Turizm Nazirliklərinin birgə layihəsi olan festivala 2 il ərzində 250-dən çox istedadlı, yaradıcı gənc qoşulub. Gənclər birlikdə “NARKOSTOP” deyəcəklər.

 





01.11.2014    çap et  çap et