525.Az

Haiti hökuməti Fransadan təzminat tələb edir


 

Haiti hökuməti Fransadan təzminat tələb edir<b style="color:red"></b>

"Fransa hakimiyyəti Haitiyə XIX əsrdə müstəqilliyini əldə etmək üçün ödəməyə məcbur olduğu böyük məbləğə görə təzminat ödəməlidir".

525.az “Report”a istinadən xəbər verir ki, bunu Haiti Keçid Dövrü Prezident Şurasının sədri Edqar Leblan Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində çıxışı zamanı bildirib.

E.Leblan xatırladıb ki, Haiti odla və qanla qazanılmasına baxmayaraq, müstəqilliyi üçün pul ödəyən yeganə ölkədir: "Bu borc köləlik zəncirlərindən azad olmaq və Haiti xalqını insan ləyaqətinə yüksəltmək cəsarətinə görə bir cəza forması idi".

 





27.09.2024    çap et  çap et