525.Az

Azərbaycanın çimərlik voleybolçuları Ermənistan təmsilçilərini məğlub ediblər


 

Azərbaycanın çimərlik voleybolçuları Ermənistan təmsilçilərini məğlub ediblər<b style="color:red"></b>

Azərbaycanın çimərlik voleybolçuları Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında Ermənistan təmsilçilərini məğlub ediblər.

525.az-a Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, kişilərdən ibarət komandamız hər iki setdə çətinlik çəkmədən qalib gəlib.

Heydər Məmmədli - Nəriman Bayramlı cütlüyü 2:0 (21:15, 21:13) hesablı zəfəri bayram edib.

Qeyd edək ki, Azərbaycan komandasının növbəti rəqibi Ukrayna təmsilçiləri olacaq.

 





27.09.2024    çap et  çap et