"Google" bulud hesablama sənayesində rəqabətə zidd təcrübələrə əsaslanaraq "Microsoft"a qarşı Avropa İttifaqı Komissiyasına şikayət edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, "Google"nin iddiasına görə, dünyanın ən böyük proqram təminatı istehsalçısı olan "Microsoft" müştəriləri bulud platforması Azure ilə əlaqələndirmək üçün Windows serveri kimi proqram təminatı sahəsindəki dominant bazar mövqeyindən istifadə edib.
"Google"a görə, "Microsoft"un çoxmilyardlıq bulud hesablama sənayesində rəqabətə zidd davranışı məhdudlaşdırıcı lisenziyalaşdırma şərtləri və ayrı-seçkilik edən qiymətlərlə əldə edilib.
Şikayətdə deyilib ki, "Microsoft" ədalətli rəqabətə icazə vermək əvəzinə, Windows serverindəki bazar gücündən istifadə edərək rəqib bulud provayderlərini seçən müştəriləri cəzalandırıb.
"Microsoft" qısa müddətdə bulud hesablama sektorunda güclü artıma nail olsa da, "Google" bu sektorda analitiklərin gözləntilərini qarşılaya bilməyib.
Qeyd edək ki, şikayətin "Google" tərəfindən Aİ Komissiyasına edilən ilk şikayət olması da diqqət çəkib.
Malik Atilay
çap et