525.Az

Necati Şaşmazın çənəsi sındı


 

Necati Şaşmazın çənəsi sındı<b style="color:red"></b>

"Kurtlar Vadisi" serialında Polat Alemdar obrazını yaradan tanınmış türkiyəli aktyor Necati Şaşmaz ağır yol qəzasına düşüb.
 
Lent.az-ın "Doğan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, film çəkilişləri zamanı baş verən qəzadan dərhal sonra aktyor xəstəxanaya yerləşdirilib. Göztəpə adlanan ərazidəki özəl tibb müəsisəsinə yerləşdirilən aktyorun çənəsinin sındığı məlum olub və o, dərhal əməliyyat edilib.

Aktyorun həyatına təhlükə olmasa da, onun bir müddət çəkilişlərdən kənar qalacağı bildirilir. Qəza ilə bağlı yaxın saatlarda açıqlama veriləcək.

 





03.11.2014    çap et  çap et