Meksika silahlanma yarışından narahatdır və Ukrayna üçün mərmi və hərbi texnikaya milyonlarla dolların ayrılmasına qarşıdır.
525.az xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Meksikanın xarici işlər naziri Alisiya Barsena deyib.
Diplomat vurğulayıb ki, Meksika silahlanma yarışının artması ilə, münaqişənin sülh yolu ilə həllinin olmadığı və müharibənin sülhdən üstün olması yanaşması ilə razılaşmır.
"Silah tədarükü üçün milyonlarla dollar ayrılıb və hamımız təhlükə altındayıq", - XİN başçısı əlavə edib.
Sentyabrın 18-də məlum olub ki, Meksikanın yeni seçilmiş prezidenti Klaudiya Şeynbaum Ukraynaya səfər etməkdən imtina edib. Rusiya prezidenti Vladimir Putin rəsmi olaraq Meksikanın yeni rəhbərinin andiçmə mərasiminə dəvət olunub.
Pərvanə Sultanova
çap et