525.Az

Ərəb nümayəndə heyətlərindən Netanyahuya etiraz - Zalı tərk etdilər


 

Ərəb nümayəndə heyətlərindən Netanyahuya etiraz - <b style="color:red"> Zalı tərk etdilər</b>

Ərəb nümayəndə heyətləri İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasında çıxışının əvvəlində etiraz əlaməti olaraq zalı tərk ediblər.

525.az qazeta.ru-ya istinadən xəbər verir ki, onlarla diplomat Netanyahu tribunaya dəvət olunarkən zaldan ayrılıb. İsrailin Baş naziri yarımçıq zal qarşısında çıxış edib.

O da qeyd olunur ki, bəzi nümayəndə heyətləri Netanyahunun çıxışına ümumiyyətlə qatılmamağı üstün tutublar.

Qeyd edək ki, daha əvvəl Baş nazir İsrailin məqsədinə çatana qədər “Hizbullah”a qarşı mübarizəni davam etdirəcəyini bildirib. Netanyahunun bu açıqlaması narazılıqla qarşılanıb.

İbrahim Cəfərov

 





27.09.2024    çap et  çap et