Rusiyanın nüvə doktrinasına dair təklif edilən dəqiqləşdirmələr ABŞ rəhbərliyini, o cümlədən dövlət katibi Antoni Blinkeni, Pentaqonun rəhbəri Lloyd Ostini və prezident Co Baydeni çox qorxudur.
525.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin keçmiş zabiti, analitik Skott Bennett deyib.
“Bu, onları həddindən artıq qorxudur. Viktoriya Nulandın da adını çəkmək istəyərdim, hansı ki, hələ də ikinci plandadır”, - ekspert əlavə edib.
Onun sözlərinə görə, ABŞ-ın Şimal axınının işinin pozulmasında iştirakı ilə bağlı həqiqət aşkar edildikdən sonra Vaşinqtonun nüfuzu çökdü: “Almaniya iqtisadiyyatının çöküşü, BRİKS-in yüksəlişi, Rusiyanın nüvə doktrinasına yenidən baxılması geosiyasi fırtınadır ki, bütün bunlar yaxın altı ayda Amerika dollarına olan inamı yox edəcək və ABŞ-ı sonsuz müharibə aparmaq qabiliyyətindən məhrum edəcək”.
Pərvanə Sultanova
çap et