Bu gün axşam saatlarında Dağıstanın paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, biri uşaq olmaqla, azı 5 nəfərin öldüyü, 10-dan çox yaralının olduğu bildirilir. Yaralananlar əsasən müxtəlif travmalarla yanaşı yanıq xəsarətləri alıblar. Onlardan biri azyaşlıdır.
Ətrafdakıların köməyi ilə xəstəxanalara göndərilən yaralıların 2-nin vəziyyətinin ağır olduğu məlumdur.
Əraziyə dərhal gələn yanğınsöndürənlər partlayışdan dolayı yaranan yanğını söndürüblər.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Qeyd edək ki, partlayışdan az sonra Dağıstan Respublikasının prezidenti Sergey Melikov hadisə yerinə gəlib. Yaxın saatlarda hökumətin partlayışla əlaqədar fövqəladə iclasının keçiriləcəyi gözlənilir.
L.Tağıyeva
çap et