525.Az

İsrail Livanda sürətli quru əməliyyatı planlaşdırır - Ynet


 

İsrail Livanda sürətli quru əməliyyatı planlaşdırır - <b style="color:red"> Ynet</b>

İsrail Müdafiə Qüvvələri  Livanda Hizbullaha qarşı quru əməliyyatı keçirməyi planlaşdırır.

525.az xəbər verir ki, bu barədə Ynet portalı İsrail təhlükəsizlik xidmətinin nümayəndəsinə istinadən yazıb.

"Biz bunun mümkün qədər qısa olmasına çalışacağıq", - o bildirib.

Associated Press-in eyni mənbəyə istinadən verdiyi məlumata görə, Hizbullaha qarşı mümkün müharibə HAMAS-a qarşı əməliyyatlar qədər uzun sürməyəcək.

Bir gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İsrail ordusuna Livan Hizbullah hərəkatına qarşı tam gücü ilə hərəkətə keçməyi əmr edib. Ölkənin xarici işlər naziri İsrael Katz bildirib ki, yəhudi dövlətinin bütün məqsədlərinə çatana qədər İsraillə Hizbullah hərəkatı arasında hərbi əməliyyatların dayandırılması gözlənilmir.

Pərvanə Sultanova

 





27.09.2024    çap et  çap et