525.Az

"Araz-Naxçıvan" "Səbail"ə qalib gəldi


 

"Araz-Naxçıvan" "Səbail"ə qalib gəldi<b style="color:red"></b>

Bu gün Misli Premyer Liqasında 8-ci tura start verilib.

525.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. "Araz-Naxçıvan" "Səbail"i qəbul edib. Görüş Naxçıvan təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "Araz-Naxçıvan" ən azı sentyabrın 29-na qədər çempionatın lideri olur.

Turun digər oyunları 28 və 29 sentyabr tarixlərində keçiriləcək.

27 sentyabr

19:00. “Araz-Naxçıvan” – “Səbail” - 3:2 

Qol: Qorka Laruçça, 46 (0:1), Bəxtiyar Həsənlizadə, 52 (1:1), Felipe Santos, 58 - pen. (2:1), Bernardo Dias, 84, (3:1), Qorka Laruçça, 89 (3:2)

Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Teymur Teymurov, Fərid Hacıyev

"Kapital Bank Arena".

28 sentyabr

17:00. “Zirə” – “Kəpəz”

Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Əli Əliyev

Zirə Olimpiya İdman Kompleksi.

19:30. “Neftçi” – “Sumqayıt”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə

"Neftçi Arena".

29 sentyabr

16:00. “Şamaxı” – “Turan Tovuz”

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Elvin Bayramov

Şamaxı şəhər stadionu.

19:00. “Qarabağ” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov

"Azərsun Arena".

 





27.09.2024    çap et  çap et