525.Az

Qazaxıstan prezidentinə qarşı sui-qəsd hazırlığı?


 

Qazaxıstan prezidentinə qarşı <b style="color:red"> sui-qəsd hazırlığı?</b>

Qazaxıstanın Daxili İşlər Nazirliyi ölkə prezidenti Kasım-Jomart Tokayevin kortejinin keçəcəyi Türküstan bölgəsində gizli silahlar aşkar edildiyini açıqlayıb.

525.az xəbər verir ki, bu barədə Nur.kz portalı məlumat yayıb.

Optik nişangahlı tüfəng və döyüş sursatları aşkar edildiyi bildirilib. Eyni zamanda, silahların üzərindəki nömrələr sökülüb. Daxili İşlər Nazirliyi bunu prezidentə sui-qəsd hazırlığının izləri kimi qiymətləndirib.

Hadisə ilə bağlı cinayət işi açılıb. İstintaqın maraqları baxımından təfərrüatlar açıqlanmır.

İbrahim Cəfərov

 





27.09.2024    çap et  çap et