İsveçrənin İtaliya və Fransa ilə sərhədində cüzi dəyişikliklər olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq, İsveçrə höküməti bu dəyişikliyi təsdiq edib.
Ölkənin İtaliya ilə dağlıq bölgədəki sərhədi dağlarda buzlaqların əriməsi üzündən cüzi dəyişikliyə məruz qalıb.
Fransa ilə sərhəddəki azacıq dəyişiklik isə ərazidəki infrastruktur layihələrlə bağlıdır.
Qeyd edək ki, NATO və Avropa Birliyinin üzvü olmayan, uzun illərdir ki, hərbi neytraletetini saxlayan İsveçrə İtaliya və Fransadan savayı Almaniya, Avstriya və Lixtenşteynlə sərhəddir.
L.Tağıyeva
çap et